“Klassik musiqi xəzinəmizdən” adlı layihə həyata keçiriləcək

“Klassik musiqi xəzinəmizdən” adlı layihə həyata keçiriləcək
# 09 sentyabr 2013 13:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Klassik musiqi xəzinəmizdən” adlı layihə həyata keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri yeni mövsümdə bir sıra yeni layihələrlə çıxış edəcək.

Musiqi kollektivlərinin rəhbəri Ramil Qasımov bildirib ki, 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar hazırlanan Üzeyir Hacıbəylinin musiqili kompozisiyası da bu yeniliklər arasındadır.

Ramil Qasımov deyib ki, keçən mövsümdə Beynəlxalq Muğam Mərkəzi ilə müştərək olan layihələrin davam etdirilməsi, eləcə də Opera Studiyası ilə “Klassik musiqi xəzinəmizdən” adlı layihə həyata keçirilməsi gözlənilir. Belə ki, ayda bir dəfə baş tutacaq canlı klassik musiqi gecələri keçirməkdə məqsəd Azərbaycanda klassik musiqinin təbliği, gənc istedadlı vokalçıların bu layihəyə cəlb olunmasıdır: “Sadalananlarla paralel olaraq Bəstəkarlar İttifaqı ilə noyabr ayından “Romans axşamı” guşələri yaratmaq fikrindəyik. Bütün bunlarla yanaşı, xarici ölkələrə səfərlər də planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR