Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 14 fevral 2014 09:42 (UTC +04:00)

Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR