Tunisdə islamçı hökumət istefaya gedir

Tunisdə islamçı hökumət istefaya gedir
# 05 oktyabr 2013 18:58 (UTC +04:00)

Bakı-APA. Tunisdə hakim “Ən Nahda” (“Dirçəliş Partiyası”) islamçı partiyası və müxalifət arasında razılıq əldə edilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, razılaşmaya əsasən, partiya nümayəndələri hökuməti tərk edəcək.

Qeyd edək ki, keçən həftə qəbul olunan qərara əsasən, yeni seçkilər keçirilənədək islamçı hökumət müstəqil siyasətçilərdən ibarət müvəqqəti kabinetlə əvəzlənməlidir.

Tunisdə hazırkı siyasi böhran müxalifət lideri iyulda baş vermiş Məhəmməd Brahminin qətlindən sonra başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR