Paytaxtda liftdə qalmış şəxs xilas edilib

Paytaxtda liftdə qalmış şəxs xilas edilib
# 26 aprel 2014 00:38 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə qaldıraraq qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb. Əməliyyat saat 01:21-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR