Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Rəcəbov Məmmədyarovla qarşılaşacaq

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Rəcəbov Məmmədyarovla qarşılaşacaq
# 27 aprel 2014 02:41 (UTC +04:00)

Bakı-APA. Bu gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə VII turun oyunları keçiriləcək. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, azərbaycanlı şahmatçılar arasında baş tutacaq görüş diqqət mərkəzində olacaq.

Belə ki, hesabında 3,5 xalı olan Teymur Rəcəbov sonuncu pillədəki Şəhriyar Məmmədyarovla qarşılaşacaq.

VII tur

Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov

Sergey Karyakin – Fabiano Karuana

Hikaru Nakamura – Maqnus Karlsen

Turnir cədvəli: Rəcəbov, Karlsen 3,5 xal. Karuana, Karyakin, Nakamura 3 xal. Məmmədyarov 2 xal.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR