Liviyada toqquşmalarda 11 nəfər ölüb

Liviyada toqquşmalarda 11 nəfər ölüb
# 09 iyun 2013 02:32 (UTC +04:00)

Bakı-APA. İyunun 8-də Liviyanın Benqazi şəhərində keçmiş üsyançılarla aksiya iştirakçıları arasında baş vermiş toqquşmalarda 11 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, etiraz aksiyası “Liviyanın qalxanı” silahlı qruplaşmasının mənzil-qərargahı qarşısında keçirilib. Bu qruplaşma vaxtilə Müəmmər Qaddafiyə qarşı savaşıb, lakin silahı yerə qoymaqdan imtina edib və ölkənin Müdafiə nazirliyi ilə müqavilə bağlayaraq Benqazidə açıq fəaliyyət göstərir.

Rəsmi Liviya hakimiyyəti hələlik silahlı qruplaşmalarını tərksilah etməyə gücü çatmır. Hökumət bəzi nüfuzlu qruplarla sövdələşməyə girərək onları ölkədə asayişin qorunmasına cəlb edib. Lakin əhali bu qərara qəti etirazını bildirib.

Qərargahın qarşısına toplaşan etirazçılar binanı daş-qalaq edərkən silahlılar onlara atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR