AEBA Buşəhr AES-də nəzarət kameraları quraşdıracaq

AEBA Buşəhr AES-də nəzarət kameraları quraşdıracaq
# 20 fevral 2014 08:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın Buşəhr Atom Elektrik Stansiyasında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nəzarət kameraları quraşdırılacaq.

APA-nın “İRNA”-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbər müavini Əsgər Zarean bildirib.

Onun sözlərinə görə, ötən il İran və AEBA Buşerdə köhnə kameralarını yeniləri ilə əvəzləməsi barədə razılığa gəliblər. AEBA müfəttişləri bu gün İrana gələcək və 3 gün ərzində Buşəhrdə kameraların quraşdırılması ilə bağlı işlər görəcəklər. Kameralar stansiyada həyata keçirilən bütün proseslərə nəzarət edəcək.

Ə.Zarean həmçinin bildirib ki, proses İranın Atom Enerjisi üzrə Təşkilatının nəzarəti ilə keçəcək.

Qeyd edək ki, ildə 1000 meqavat enerji istehsal edən Buşəhrr AES-in fəaliyyəti fevralın əvvəlində yanacağın dəyişdirilməsi ilə əlaqədar müvəqqəti dayandırıb. Fəaliyyəti martda davam etdirilməsi planlaşdırılan stansiyanın enerji istehsalı imkanları artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR