Ukrayna səfiri: “Rəsmi Bakıya dərin minnətdarlığımızı bildiririk”

Ukrayna səfiri: “Rəsmi Bakıya dərin minnətdarlığımızı bildiririk”
# 28 mart 2014 15:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. O, əmin olduğunu bildirib ki, məlum qətnamənin qəbulu Ukraynadakı münaqişənin həllinə kömək edəcək və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması prosesində əlavə önəmli impuls olacaq.

Diplomat qeyd edib ki, Rusiya tərəfinin Ukraynada guya mili azlıqların hüquqlarının pozulması ilə bağlı davam edən ritorikası Ukraynaya qarşı təcavüzkar siyasətə haqq qazandırmağa yönəlib: “Ukraynanın Azərbaycandakı səfirliyi bir daha bəyan edir ki, Ukraynada bütün milli azlıqların, o cümlədən rusca danışanların bütün hüquqlarına şərtsiz əməl olunur”.

Xatırladaq ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi qətnamə qəbul olunub. Qətnamənin lehinə Azərbaycan da daxil olmaqla 100 dövlət, əleyhinə isə Ermənistan da daxil olmaqla cəmi 11 ölkə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR