Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 28 mart 2014 15:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda baş verən yanğında 15 nəfər təxliyə edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 10 ədəd elektrik sayğacı və 5 p.m çıxış kabeli yanıb. Yanğın zamanı mənzillərdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.

Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR