“Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib - FOTOSESSİYA

“Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2014 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Müəllif Hüquqları Agentliyi (MHA) tərəfindən “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda çıxış edən MHA-nın sədri Kamran İmanov bildirib ki, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən sessiyasında elan edilib. Azərbaycanda bu gün 23 aprel 1997-ci ildən qeyd olunur.

K. İmanov qeyd edib ki, son 20 il ərzində Azərbaycanda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılıb, müasir və beynəlxalq standartlara uyğunlaşdırılıb: “Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Həyata keçirilən tədbirlər nəticəsində ötən il ölkədə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31%, audio-video məhsulları bazarında 23%, proqram təminatında 9% aşağı düşüb. 1996-cı ildən bugünə kimi agentlikdə 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. Xalqın ənənəvi mədəni nümunələrinin və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni piratçılığının ifşa edilməsi istiqamətində agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilir”.

Tədbirin davamında çıxış edən UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Günay Əfəndiyeva “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə UNESCO-nun baş direktoru İrina Bokovanın müraciətini oxuyub. Tədbirin davamında çıxış edən nazirlik rəsmiləri və qonaqlar mövzu ətrafında fikirlərini bölüşüb və erməni saxtakarlığının qarşısını almaq üçün birgə fəaliyyət göstərmənin vacibliyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR