AİF hesabına verilən ipoteka kreditlərinin həcmi 73% artıb

AİF hesabına verilən ipoteka kreditlərinin həcmi 73% artıb
# 10 aprel 2014 06:46 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 13,7 mln. manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 73,4% çoxdur. Bu barədə, “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumata verilib.

AMB-nin məlumatına əsasən, agent bankları 2014-cü ilin fevral ayı ərində 10,3 mln. manat məbləğində ipoteka krediti verib.

Bununla yanaşı, cari ilin ilk iki ayı ərzində AİF 18,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Yanvar-fevral aylarında AİF-in 5 mln. manat məbləğində istiqrazı yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR