Sumqayıtda iki avtomobil toqquşub, 79 yaşlı qadın ölüb

 Sumqayıtda iki avtomobil toqquşub, 79 yaşlı qadın ölüb
# 21 noyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 23 yaşlı Fərid Ramazanovun idarə etdiyi “Mercedes” markalı və 62 yaşlı Şakir Babayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Ş. Babayev və F. Ramazanovun avtomobilində olan 79 yaşlı Gülxanım Həsənova xəstəxanaya yerləşdirilib.

G. Həsənova xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR