“El” Hərəkatı Milli Şura ilə bağlı qərarını gələn həftənin əvvəllərində açıqlayacaq

“El” Hərəkatı Milli Şura ilə bağlı qərarını gələn həftənin əvvəllərində açıqlayacaq
# 09 yanvar 2014 15:33 (UTC +04:00)

“El” Hərəkatının sədri, Milli Şuranın üzvü Eldar Namazovun APA-ya verdiyi məlumata görə, toplantıda son günlər Milli Şurada və onun ətrafında yaranan durum barədə müzakirələr aparılıb. Onun sözlərinə görə, “El” Hərəkatı MŞ ilə bağlı qərarını gələn həftənin əvvəllərində ictimaiyyətə açıqlayacaq.

E. Namazov Cəmil Həsənlinin Milli Şurada təmsil olunan partiyaların sədrləri ilə bu gün keçirdiyi görüşə qatılmamasının səbəbləri barədə isə danışmaq istəməyib.

“El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə APA-ya açıqlamasında gələn həftənin əvvəllərində MŞ-də qalıb-qalmamaqla bağlı qərar verəcəklərini deyib.

İdarə Heyəti, MŞ-ya daxil olan qurumlarla, ziyalılarla MŞ ətrafında yaranan situasiyanı araşdırmaq barədə də qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR