Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb
# 29 noyabr 2013 10:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 5 050,2 mln. manat olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 60,3%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 3 815,8 mln. manatlıq və ya 5,4% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 54,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 manat və ya 9% çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Bu dövrdə ölkənin regionlarında da əhaliyə göstərilmiş pullu xidmətlərin həcmində artım müşahidə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım Abşeron iqtisadi rayonu üzrə 17,7%, Naxçıvan MR üzrə 16,5%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 13,8%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 12,4%, Aran iqtisadi rayonu üzrə 5,6%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 3,5%, Lənkəran iqtisadi rayonu üzrə 2,3%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,0% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR