İki nəfər bədbəxt hadisə nəticəsində ölüb

İki nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 26 oktyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki daş karxanasında orada gözətçi işləyən, Sabirabad rayon sakini Sahib Həsənov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bundan başqa Yasamal rayonu Z. Xəlilov küçəsində yaşayan Natiq Rəfiyev yaşadığı binanın 3-cü mərtəbəsindən, eyvandan yıxılaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR