ABŞ və İsrailin milli təhlükəsizlik üzrə müşavirləri İranın nüvə proqramını müzakirə ediblər

ABŞ və İsrailin milli təhlükəsizlik üzrə müşavirləri İranın nüvə proqramını müzakirə ediblər
# 16 dekabr 2013 08:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ və İsrailin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri arasında görüş keçirilib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Ağ Ev bununla bağlı dekabrın 15-də rəsmi açıqlama yayıb.

Xəbərdə bildirilir ki, dekabrın 12-13-də keçirilmiş görüşdə İranın nüvə proqramı əsas müzakirə mövzusu olub. Görüşdə ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müavini Suzan Rays, onun müavini Toni Blink və ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin nümayəndələri, həmçinin İsrailin milli təhlükəsizlik məsələləri üzrə rəsmisi Yossi Kohen və bu ölkənin digər rəsmiləri iştirak ediblər. Görüşdə ABŞ tərəfi bir daha İsraili Barak Obamanın məqsədinin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq olduğuna əmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR