Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər
# 15 noyabr 2013 10:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri F.Həsənov və həmin sektorunun baş məsləhətçisi A.Hacıyev bu günlərdə Müdafiə Nazirliyinin 651 saylı hərbi hissəsinə və Qusar Qarnizonu Hərbi Polisinin hauptvaxtına başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aparatın nümayəndələri Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə İdarəsinin baş zabiti, polkovnik-leytenant Emin Səfərov və 4-cü Ordu korpusu komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Elçin Kərimovla birlikdə 651 saylı hərbi hissədə şəxsi heyətlə fərdi söhbətlər aparılıb.

Hərbçilərin məişət şəraitinin, əşya, ərzaq və tibb təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər müsbət qiymətləndirilib.

Aparatın əməkdaşları Nazirliyin Tərbiyəvi İşlər üzrə İdarəsinin baş zabiti E.Səfərovla birgə Qusar Qarnizonu Hərbi Polisinin şəxsi heyətinin yaşayış yerinə və hauptvaxtına da baxış keçiriblər.

Qeyd edək ki, hazırda bu hauptvaxtda tikinti işləri başa çatmaqdadır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR