Keçmiş səfir Sumqayıt Dövlət Universitetinin prorektoru təyin edilib

Keçmiş səfir Sumqayıt Dövlət Universitetinin prorektoru təyin edilib
# 18 dekabr 2013 13:28 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. SDU-nun rektoru vəzifəsinin icrası da müvəqqəti olaraq Elxan Hüseynova həvalə edilib.

E. Hüseynov 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR