Azərbaycanın bir neçə şəhər və rayonlarında qaz problemi olacaq

Azərbaycanın bir neçə şəhər və rayonlarında qaz problemi olacaq
# 27 dekabr 2013 07:57 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün təmir işləri ilə əlaqədar Azərbaycanın bir sıra şəhər və rayonlarının qaz təchizatında fasilələr yaranacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, saat 17:00-dək Gəncə şəhərinin bir hissəsinə, 18:00-dək Zaqatala şəhəri daxil olmaqla rayonun bir hissəsinə, 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə, Qaradağ rayonunun bir hissəsinə, 14:00-dək Bakı şəhərinin Xətai rayonunun bir hissəsinə, 16:00-dək Abşeron və Goranboy rayonlarının bir hissəsinə, 17:00-dək Şəki rayonuna və Ucar rayonunun bir hissəsinə, 18:00-dək Quba rayonuna, Şamaxı, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, Yevlax rayonunun bir hissəsinə, 16:00-dək isə Füzuli rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR