2013-cü ildə penitensiar xidmətin 37 əməkdaşı tutduğu vəzifədən azad olunub, 16 nəfər isə ədliyyə orqanlarından xaric edilib

2013-cü ildə penitensiar xidmətin 37 əməkdaşı tutduğu vəzifədən azad olunub, 16 nəfər isə ədliyyə orqanlarından xaric edilib
# 29 yanvar 2014 16:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində Penitensiar xidmətin 197 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub, 37 əməkdaş tutduğu vəzifədən azad edilib, 16 nəfər isə ədliyyə orqanlarından xaric edilib.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Hesabat məruzəsi ətrafında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Malik Ələkbərov, habelə bir sıra cəzaçəkmə müəssisələrinin rəhbərləri çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR