Azərbaycanda baş nazirin müavinlərinin sayı artırılıb

Azərbaycanda baş nazirin müavinlərinin sayı artırılıb
# 22 oktyabr 2013 16:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə yeni hökumətdə baş nazirin müavinlərinin sayı artırılıb.

Baş nazirin iki yeni müavini isə İsmət Abbasov və Əli Əhmədov təyin ediliblər.

Digər müavinlər isə Yaqub Eyyubov, Abid Şərifov, Elçin Əfəndiyev, Əli Həsənovdur.

İsmət Abbasov buna qədər kənd təsərrüfatı naziri, Əli Əhmədov isə YAP-ın sədr müavini və icra katibi vəzifələrində çalışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR