Сənubi Koreyada “Sevol” bərəsinin kapitanı həbs edilib

Сənubi Koreyada “Sevol” bərəsinin kapitanı həbs edilib
# 18 aprel 2014 22:27 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 68-yaşlı Li Çjun Sokun həbsini hadisə ilə bağlı araşdırma aparan istintaq qrupu tələb edib.

Müstəntiqlərin əldə etdikləri məlumata görə, qəzadan sonra kapitan gəmini dərhal tərk edib. Sərnişinlər isə ekipajı insanların evakuasiyası üzrə lazımi tədbirlər görməməkdə günahlandırıb.

“Sevol” bərəsi aprelin 16-da Cənubi Koreyanın cənubi-qərb sahillərində qəzaya uğrayıb. Hazırda 28 nəfərin ölümü təsdiqlənib, 268 nəfər itkin düşmüş hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR