“AtaSığorta” səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb

“AtaSığorta” səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb
# 07 may 2014 11:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AtaSığorta” ASC səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, tədbir 20 iyun 2014-cü il tarixində baş tutacaq.

Yığıncağın gündəliyinə 2013-cü maliyyə ili üzrə İdarə Heyətinin hesabatı, şirkətin ötən il üzrə maliyyə hesabatı, mühasibat balansı, o cümlədən mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, habelə mənfəətin bölüşdürülməsi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR