Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edib
# 28 mart 2014 14:04 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev martın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, Komitə sədri Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib, Komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə həllini tapıb. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR