Terminologiya Komissiyası “Fransızca-azərbaycanca izahlı hüquq terminləri lüğəti” hazırlayıb

Terminologiya Komissiyası “Fransızca-azərbaycanca izahlı hüquq terminləri lüğəti” hazırlayıb
# 14 fevral 2014 11:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası “Fransızca-azərbaycanca izahlı hüquq terminləri lüğəti” hazırlayıb.

Terminologiya Komissiyasından APA-ya verilən xəbərə görə, 5000-dən artıq baş sözü olan bu lüğətdə 3800-ə yaxın ifadə və söz birləşməsi verilib, beynəlxalq hüquqa, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna və hüquq sisteminin digər sahələrinə aid olan terminlərin izahları çox geniş tərzdə öz əksini tapıb.

Lüğətdə hüquq terminologiyasında geniş yayılmış latın mənşəli terminlər də öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR