İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq

İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq
# 07 yanvar 2014 13:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə son səfəri zamanı keçirilmiş görüşdə bununla bağlı razılıq əldə olunub: “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın sonunda İrana rəsmi səfər edəcək. İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması bağlı məsələləri də bu səfərədək həll etməyi planlaşdırırıq. Çünki Türkiyənin baş nazirinin səfərinin ardından İran prezidenti Həsən Ruhani fevral ayında ölkəmizə rəsmi səfərə gələcək. Məhz həmin səfər zamanı İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısını keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yanvarın 27-28-də Tehrana səfər edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR