Kabardin-Balkarda 2-si avtobus olmaqla 17 avtomobil toqquşub: 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Kabardin-Balkarda 2-si avtobus olmaqla 17 avtomobil toqquşub: 3 nəfər ölüb, 7 nəfər yaralanıb
# 28 yanvar 2014 23:31 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kabardin-Balkar Respublikası ərazisində, federal əhəmiyyətli “Qafqaz” magistral yolunda 2 sərnişin avtobusu daxil olmaqla 17 avtomobil toqquşub, nəticədə 3 nəfər ölüb, 5 yaşlı uşaq daxil olmaqla 7 nəfər xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi ötən gün saat 17.00 radələrində baş verib.

Məlumata görə, əvvəlcə “Voljanin” markalı avtobus və “ZİL” markalı yük maşını toqquşub. Onların arxasınca hərəkətdə olan “Mercedes” markalı yük maşının sürücüsü əyləci vaxtında işə salaraq avtomobili saxlaya bilsə də, bundan sonra duman və intensiv hərəkət şəraitində daha 15 avtomaşın toqquşub. Sonda “PAZ” markalı avtobusla “Volqa” minik avtomobilinin toqquşması nəticəsində avtobusda quraşdırılmış qaz balonu partlayıb. Nəticədə avtobus tamamilə, “Volqa” isə qismən yanıb.

İlkin məlumata görə, zəncirvari qəza nəticəsində “VAZ-2108” markalı minik avtomobilinin sürücüsü, “Volqa”da isə sürücü və sərnişin qadın ölüb. Yeddi nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR