Naməlum silahlılar Kiyevdə "Ukrbiznesbank"ı ələ keçiriblər

Naməlum silahlılar Kiyevdə "Ukrbiznesbank"ı ələ keçiriblər
# 13 mart 2014 03:52 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə milis qüvvələri və “Titan” xüsusi təyinatlıları cəlb edilib.

Güc strukturlarının nümayəndələri ətraf yolları bağlasalar da, hələ ki heç bir tədbir görmürlər.

Maydan özünümüdafiəsi və “Sağ sektor” hadisədə iştiraklarını inkar ediblər. Daxili işlər naziri Avakov və Təhlükəsizlik xidmətinin başçısı Nalivayçenko zənglərə cavab vermirlər.

Qeyd edilir ki, 2003-cü ildən etibarən “Ukrbiznesbank”-ın idarə heyətinin sədri, prezidenti və daha sonra müşaviri postunu sabiq baş nazirin müavini Sergey Arbuzov tutub.

Son məlumatlara görə, danışıqlar nəticəsində silahlılar təslim olaraq bankın binasını tərk etməyə başlayıblar. Ukraynanın daxili işlər nazirliyi hadisə ilə əlaqədar hələ ki açıqlama vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR