Elmar Məmmədyarov İran xarici işlər nazirinin müavinini qəbul edib - FOTO

Elmar Məmmədyarov İran xarici işlər nazirinin müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 13 mart 2014 10:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat layihələrinin icrası, humanitar və mədəniyyət xarakterli layihələrin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və Xəzər dənizinin hüquqi statusu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov 14 mart tarixində Türkiyənin Van şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini qeyd edərək, bu çərçivədə görüşlərin ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

Nazir müavini İbrahim Rəhmanpur Azərbaycan Respublikasının strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, səfər çərçivəsində Naxçıvana da səfər edəcəyini və ikitərəfli görüşlər keçirəcəyini söyləyib.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının sülh prosesinə töhfə verəcəyini və beləliklə də, regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına təkan verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR