Masazırda yol qəzasında iki nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Masazırda yol qəzasında iki nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 04:17 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib. APA-nın məlumatına görə, qəza nəticəsində bir nəfərin maşında sıxılmış vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "VAZ" markalı minik avtomobili yol kənarındakı beton səkiyə çırpılıb və qəza nəticəsində 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralı 14 yaşlı Quliyev Rəsulu avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Hadisə şahidlərinin sözlərinə görə, maşının sürücüsü 20 yaşlı Quliyev Vüsal yaralı vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR