Azərbaycanda son 5 ayda 3,5 mindən artıq milli domen adı onlayn rejimdə qeydə alınıb

Azərbaycanda son 5 ayda 3,5 mindən artıq milli domen adı onlayn rejimdə qeydə alınıb
# 17 fevral 2014 13:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda keçən il sentyabr ayının əvvəlindən bu ilin yanvar ayının sonunadək onlayn rejimdə 3 544 vahid «*.az» milli domen adı qeydiyyata alınıb. Bunu «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında ETM-in direktoru Faiq Fərmanov bildirib.

«APA-Economics»in «Whois.az» saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanda ümumilikdə ötən il 21 662 domen adı qeydə alınıb. İlin əvvəlindən 125 domen ləvğ olunub, 1 080 domen isə qeydiyyatdan keçib.

Qeyd edək ki, hazırda birinci səviyyəli milli domenlərin (*.az) birdəfəlik qeydiyyatı 20 manat, illik ödəniş haqqı da 20 manat təşkil edir. İkinci səviyyəli domenlərin (*.com.az, *.net.az, *.biz.az və s.) qeydiyyatı pulsuz, illik ödəniş isə 10 manatdır.

Azərbaycan təhsil müəssisələrinin və dövlət qurumlarının domenlərinin (*.edu.az və *.gov.az) qeydiyyatı və texniki dəstəyi ödənişsiz həyata keçirilir.

Qeyd edək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation for Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də «*.az» domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR