Nazir Fizuli Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Nazir Fizuli Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 sentyabr 2013 10:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Hacıqabul rayonunda Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı ümumilikdə 80 nəfərədək sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

F.Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR