Sabah Azərbaycanın bəzi yerlərində 18 dərəcə isti gözlənilir

Sabah Azərbaycanın bəzi yerlərində 18 dərəcə isti gözlənilir
# 15 yanvar 2014 09:20 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz 10-13 dərəcə isti olacaq.

Yanvarın 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR