Azərbaycanın tədiyyə balansının müsbət saldosu 23% azalıb

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 23% azalıb
# 18 mart 2014 12:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ili üzrə tədiyyə balansının ümumi saldosu müsbət 3 841,0 mln. ABŞ dollar təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən 22,5% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2013-cü ildə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşıb. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.

Ümumi nəticədə 2013-cü ildə neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 22,4 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 12,3 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 22,1 mlrd. dollar olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 9,8 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.

Tədiyyə balansının əsas göstəriciləri

(mln. dollar)

2012-ci il

2013-cü il

I.Cari əməliyyatlar

hesabının saldosu 14 916,3 12 304,9

Xarici ticarət balansı 22 216,6 20 620,8

Xidmətlər balansı - 2 923,8 - 4 189,0

Gəlirlər balansı - 4 326,5 - 4 120,6

- İnvestisiya gəlirlərinin repatriasiyası - 4 518,9 - 4 190,3

Cari transfertlər balansı - 50,0 6,6

II.Kapitalın və maliyyənin

hərəkəti hesabının saldosu - 9 960,7 - 6 488,8

- Azərbaycana cəlb olunmuş birbaşa

investisiyalar 5 289,4 6 278,0

- Xaricə yönəldilmiş birbaşa investisiyalar - 1 194,2 - 1 477,9

- İnvestisiyaların repatriasiyası - 3 284,8 - 3 661,0

Portfel və digər investisiyalar - 10 773,1 - 10 281,4

III.Tədiyə balansının

ümumi saldosu 4 955,6 3 841,0

Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 42,9 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 20,6 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 152 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 9,9%-i MDB üzvü olan dövlətlərin, 90,1%-i isə digər xarici dövlətlərin payına düşür.

Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 31,8 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 1,9% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,4% olub. Xarici dövlətlərə 28,5 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 1,6 mlrd. dolları neft emalı məhsulları, 26,9 mlrd. dolları isə xam neftin payına düşüb. İxrac olunmuş xam neftin 25,3 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,6 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 303,0 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1 337,5 mln. dolları isə ARDNŞ-nin payına düşür.

Qeyd edək ki, 2013-cü ildə ölkənin qeyri-neft ixracı 6% artaraq 1 773,0 mln. dollar təşkil edib.

(mln. dollar)

İxracın strukturu

2012-ci il

2013-cü il

Yanacaq-xammal məhsulları

31 260,5

30 503,8

- neft-qaz məhsulları

30 700,5

30 003,3

-digər xammal

560,0

500,5

Maşın və avadanlıq

120,0

292,6

İstehlak malları

968,2

954,6

Digər mallar

25,3

25,4

İxrac cəmi

32 374,0

31 776,4

Hesabat dövrü Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 11,2 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 9,4% çoxdur. İstehlak malların idxalının ümumi dəyəri 4 474,4 mln. dollar olub ki, bunun da 1 380,6 mln. dolları ərzaq məhsullarının payına düşür:

(mln. dollar)

İdxalın strukturu

2012-ci ili

2013-cü il

İstehlak malları

4 375,9

4 474,4

- ərzaq məhsulları

1 303,6

1 380,6

- qeyri-ərzaq məhsulları

3 072,3

3 093,8

İnvestisiya yönümlü mallar

961,8

1 055,4

Digər mallar

4 854,8

5 625,8

İdxal cəmi

10 192,5

11 155,6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR