AMEA alimlərin mənzil problemlərinin həlli istiqamətində görülən tədbirləri açıqlayıb

AMEA alimlərin mənzil problemlərinin həlli istiqamətində görülən tədbirləri açıqlayıb
# 27 sentyabr 2013 14:22 (UTC +04:00)

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, akademiyaya məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən “Aspirantlar Yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilir.

AMEA ilə “Evro Stroy-S” arasında 2012-ci ilin noyabr ayında imzalanmış podrat müqaviləsinə görə, tikinti şirkəti öz hesabına inşa etdiyi 1 bloklu, 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla AMEA-ya təhvil verməyi öhdəsinə götürüb. Bu ilin martında başlanmış tikintinin 2014-cü ilin sonunda yekunlaşacağı gözlənilir.

Bu il iyun ayının 4-də AMEA Rəyasət Heyətinin sərəncamı ilə yataqxanada texniki vəziyyətin öyrənilməsi, orada yaşayan və qeydiyyatda olub yaşamayanlar barədə ətraflı məlumat hazırlanması məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, hazırda yataqxanada 116 ailə yaşayır, onlardan 76-da ən azı bir ailə üzvü AMEA-nın əməkdaşıdır. Yataqxanada uzun müddət lazımi təmir işləri aparılmadığına görə binanın texniki vəziyyətində xeyli çatışmazlıqlar yaranıb. İlkin məlumatlara görə, yataqxanada qeydiyyatda olub, lakin orada yaşamayan 238 nəfər müəyyən edilib. Bu rəqəmin daha çox olması ehtimal olunur. Onların arasında çətinliklərlə kirayədə yaşayan, məskunlaşdığı mənzildə yaradıcılıqla məşğul olmağa hətta minimum imkanları olmayan elmi işçilər də az deyil. Hazırda yataqxanada ümumən neçə nəfərin qeydiyyatda olması dəqiqləşdirilir.

Yataqxanada məskunlaşma zamanı yol verilmiş qanun pozuntularının araşdırılması və aradan qaldırılması üçün təkliflər hazırlanması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya yataqxanada yaşayan və qeydiyyatda olub yaşaması mümkün olmayan elmi işçilərin mənzil problemlərinin həlli niyyəti ilə təkliflər hazırlayacaq. Komissiya işini başa çatdırıb təkliflərini təqdim etdikdən sonra növbəti komissiya yaradılacaq və onun AMEA Rəyasət Heyətinin və strukturlarının nümayəndələrindən ibarət olması nəzərdə tutulur. Bu komissiya əvvəlki komissiyaların işlərinin nəticələri və təklifləri əsasında AMEA-nın əməkdaşlarının yeni tikilən yaşayış binasında mənzillə təmin olunma məsələsinə dair Rəyasət Heyətində baxılması üçün təkliflər təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR