Azərbaycan prezidenti Naxçıvanda “Arpaçay-2” su elektrik stansiyasının tikintisinə 4 milyon manat ayırıb

Azərbaycan prezidenti Naxçıvanda “Arpaçay-2” su elektrik stansiyasının tikintisinə 4 milyon manat ayırıb
# 14 mart 2014 15:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, “Arpaçay-2” su elektrik stansiyasının tikintisini başa çatdırmaq üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR