Astara, Bakı və Saatlıda yanğın hadisəsi qeydə alınıb

Astara, Bakı və Saatlıda yanğın hadisəsi qeydə alınıb
# 01 aprel 2014 19:46 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında respublika ərazisində daha bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara şəhərində üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 10 kv.m olan təsərrüfat otağında yanğın baş verib. Nəticədə, otağın pəncərə çərçivəsi 1 kv.m sahədə və təsərrüfat malları qismən yanıb. İnzibati bina yanğından mühafizə olunub.

Bundan başqa, Bakının Xəzər rayonunda vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 300 kv.m olan qazanxanada baş vermiş yanğın nəticəsində, qazanxananın dam örtüyü 60 kv.m sahədə yanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR