Yevlaxda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda tədbir keçirilib

Yevlaxda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda tədbir keçirilib
# 23 aprel 2014 08:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax rayonunda müşavirə keçirib.

Xidmətdən APA-ya verilən məlumata görə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasını prioritet məsələ kimi diqqət mərkəzində saxlayaraq müvafiq qabaqlayıcı tədbirləri davam etdirir. Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax rayonunda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi regional müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə obyekti olub.

Seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuş, 2013-cü ildə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş yanğın hadisələri təhlil edilib, onların səbəbləri açıqlanıb.

Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən səyyar foto-stendə baxış olub, slaydlar nümayiş etdirilib, təsərrüfat və bələdiyyə nümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş 2 adda yanğına qarşı təbliğat xarakterli plakat paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR