Peşə liseyi şagirdlərinin bilik və bacarıqları yekun imtahan zamanı yeni üsulla qiymətləndiriləcək

Peşə liseyi şagirdlərinin bilik və bacarıqları yekun imtahan zamanı yeni üsulla qiymətləndiriləcək
# 13 fevral 2014 16:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində bərbər ixtisası üzrə təhsil alan şagirdlərin tədris-istehsalat təcrübəsində müasir texnologiyalardan istifadə olunur.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi və “Eldar studio” şirkətinin dəstəyi ilə cari tədris ilinin əvvəlində istifadəyə verilmiş tədris emalatxanasında şagirdlərə peşəkar mütəxəssislər tərəfindən praktiki bilik və bacarıqlar öyrədilir.

Müasir avadanlıqlarla təchiz edilmiş tədris emalatxanasının dizaynında şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınıb. Bərbər ixtisası üzrə təhsil alan şagirdlərin əldə etdikləri bilik və bacarıqların yekun imtahan zamanı yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulur. Belə ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqları yoxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR