Bakıda «Dahi Qetsbi» filminin qapalı premyerası keçirilib - FOTOSESSİYA

Bakıda «Dahi Qetsbi» filminin qapalı premyerası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 may 2013 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Bakıda «28 Cinema» kinoteatrı və «Nargis» jurnalının birgə təşkilatçılığı ilə 66-cı Kann Kinofestivalını açan «Dahi Qetsbi» kinofilminin qapalı premyerası keçirilib.

«APA-Economics»in məlumatına görə, girişi yalnız dəvətnamə ilə olan tədbirə ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər qatılıb. Tədbirdə həmçinin məşhur brendlərdən saat, brilyant qələm və müxtəlif hədiyyələr oynanılıb.

Daha sonra «28 Cinema» kinoteatrının bütün zallarında eyni vaxtda «Dahi Qetsbi» filmi nümayiş olunub. Film Frensis Skot Fitsceraldın eyni adlı məşhur romanı əsasında ekranlaşdırılıb. Hadisə ötən əsrin 20-ci illərində Nyu-Yorkda cərəyan edir, haradakı həyat sürətlə dəyişir. Filmin baş qəhrəmanı heç kəsə məlum olmayan və sirli Cey Qetsbidir. Bəziləri onun varlığına inanmır, bəziləri isə onun müharibə qəhrəmanı olduğunu deyir. Lakin bir həqiqət var ki, onu çox adam görüb, lakin onun həmin Qetsbi olduğundan şübhələnməyiblər. Tezliklə, gözəl bir qadın Qetsbiyə aşiq olur və o anlayır ki, bu qadınsız yaşaya bilməz. Lakin onunla birgə olmaq üçün Qetsbi çox şey etməli olur.

Filmdə Leonardo Di Kaprio, Keri Malliqan, Tobi Maquayer, Ayla Fişer, Coel Edgerton, Elizalbet Debiki, Ceyson Klark, Adelaida Klemens və Amitabh Baççan çəkiliblər. Filmin rejissoru Baz Lurmandır.

Qeyd edək ki, «Dahi Qetsbi» filmi Kann festivalının əsas mükafatına irəli sürülmüş nominantlardan biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR