Ali məktəblərdə təhsil kreditləri ilə bağlı məsələlər Nazirlər Kabinetinin  qərarlarına uyğun həyata keçiriləcək - VİDEO

Ali məktəblərdə təhsil kreditləri ilə bağlı məsələlər Nazirlər Kabinetinin  qərarlarına uyğun həyata keçiriləcək - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrə Azərbaycan hökuməti tərəfindən verilən təqaüdlərin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir”. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrə aylıq təqaüdlərinin rübdə bir dəfə verilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təqaüdlərin vaxtı-vaxtında verilməsi üçün son aylar ərzində Təhsil Nazirliyi tərəfindən addımlar atılıb: “Biz də bu prosesləri izləyirik. Əslində şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik. Bununla bağlı konkret şikayət və müraciətlər olarsa, istər Təhsil Nazirliyinin “Qaynar xətti”nə, istərsə də bu məqsədlə yaradılan İşçi Qrupa müraciət edə bilərlər. Təqaüdlərin verilməsi müvafiq qərarlar çərçivəsində həyata keçirilir”.

Təhsil naziri ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı yaranan problemlərə də aydınlıq gətirib. Ali məktəblərdə kəsiri olan tələbələrin öz akademik borclarını ödəmək üçün alt qrupda yenidən dərs keçmələrindən ötrü vəsait ödəməli olmaları haqda tətbiq edilən yeniliklərə gəlincə, M.Cabbarov qeyd edib ki, bütün ali məktəblərdə təhsil kreditləri ilə bağlı olan məsələlər Azərbaycan qanunvericiliyinə əsasən Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərarlar və digər tənzimləyici aktlara uyğun olaraq həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR