Müdafiə Nazirliyində çalışan mülki işçilərin sosial təminatının gücləndirilməsi məqsədi ilə təkliflər hazırlanıb

Müdafiə Nazirliyində çalışan mülki işçilərin sosial təminatının gücləndirilməsi məqsədi ilə təkliflər hazırlanıb
# 06 mart 2014 14:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyində çalışan mülki işçilərin sosial təminatının gücləndirilməsi məqsədi ilə təkliflər hazırlanıb.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Hazırda Azərbaycan hökumətində baxılan təkliflərdə mülki işçilərin məvaciblərinin artırılması, hərbçilərə verilən bir sıra imtiyazların onlara şamil olunması, xidməti mənzillə təmin olunmaları və digər məsələlər əksini tapır.

Qeyd edək ki, hazırda Müdafiə Nazirliyi strukturunda mülki işçilərin sayının artırılması istiqamətində işlər aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR