AEBA-da Azərbaycanda quraşdırılacaq dozimetriya və mikrobiologiya laboratoriyaları ilə bağlı müzakirələr keçiriləcək

AEBA-da Azərbaycanda quraşdırılacaq dozimetriya və mikrobiologiya laboratoriyaları ilə bağlı müzakirələr keçiriləcək
# 20 may 2013 11:45 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) 2013-2014-cü illərdə Azərbaycanda quraşdırılacaq sterilizasiya qurğusunun dozimetriya və mikrobiologiya laboratoriyaları üçün alınacaq avadanlıqların müzakirəsi keçiriləcək. Bu barədə APA-ya AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, bu məqsədlə mayın 21-dən başlanacaq müzakirələr 4 gün çəkəcək: “Sterilizasiya qurğusunun binası tikilib başa çatarsa, avadanlıqlar ilin sonuna qədər Azərbaycana təqdim olunacaq. Qurğunun karkası artıq Azərbaycana gətirilib. Sterilizasiya qurğusunun mənbələri isə bina tam hazır olandan sonra gətiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR