Livanın prezidenti partlayışlara görə İsraili günahlandırıb

Livanın prezidenti partlayışlara görə İsraili günahlandırıb
# 16 avqust 2013 00:14 (UTC +04:00)

Bakı-APA. İsrail Livanda stabilliyi pozmağa cəhdlər edir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Beyrutda ötən gün törədilmiş güclü partlayışdan sonra ölkə prezidenti Mişel Suleyman bəyan edib.

“İsrail xüsusilə məğlub olduğu iyul müharibəsinin (2006-cı ildə) növbəti ildönümü münasibəti ilə bağlı Livan xalqının stabilliyini və möhkəmliyini sarsıtmağa çalışır”, deyə Suleyman qeyd edib və livanlıları daha sıx birliyə çağırıb.

Qeyd edək ki, Beyrutun Dahiyə rayonunda avtomobilin partladılması nəticəsində ölənlərin sayı 20-ə çatıb, 120-dən çox insan isə yaralanıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

Livan DİN-in məlumatına görə, əhalisi sıx olan rayonda baş vermiş partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Avtomobil rayonun əsas küçəsində, dükan və yaşayış binaların yaxınlığında pik saatda partladılıb.

Partlayış yaxınlıqdakı binalara ciddi zərər vurub, hadisə yerində güclü yanğın başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR