Təhsil naziri məktəblərdə “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında əmr imzalayıb

Təhsil naziri məktəblərdə “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında əmr imzalayıb
# 07 sentyabr 2013 07:59 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, "Şahmat" fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alınaraq, həmin fənnin tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi məqsədilə verilən əmrdə qeyd olunur ki, 2013-2014-cü dərs ilindən "Şahmat" fənninin II sinifdən başlayaraq tədris olunması nəzərdə tutulan yeni pilot ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilsin, 2011-2012 və 2012-2013-cü dərs illərində pilot müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisi müvafiq siniflər üzrə 2013-2014-cü dərs ilində davam etdirilsin.

Əmrdə bildirilir ki, "Şahmat" fənni II, III və IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 saat tədris olunsun, bu fənn üzrə IV siniflərin tədris planı və proqramları təsdiq edilsin, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi yeni müəyyən olunmuş pilot ümumtəhsil məktəblərində "Şahmat" fənnini tədris edəcək müəllimlər üçün cari ilin avqust-sentyabr aylarında təlim kursu təşkil etsin.

Əmrin icrasına nəzarət nazir müavininə (C. Bayramov) həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR