“APA Holding”in əməkdaşının evi qarət edilib

“APA Holding”in əməkdaşının evi qarət edilib
# 30 sentyabr 2013 12:12 (UTC +04:00)

Bu barədə APA-ya Ülkər Qasımova özü məlumat verib.

Onun sözlərinə görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Evdə heç kimin olmamasından istifadə edən naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar.

Zərərçəkən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiklərini və hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən araşdırmalara başlandığını qeyd edib.

Hadisə yerinə baxış keçirən polis əməkdaşları zəruri ekspertizaların həyata keçirilməsi üçün bəzi nümunələr götürüblər.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

APA olaraq hadisəni diqqətdə saxlayacağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR