Rusiya İranla AEBA arasında əməkdaşlıqla bağlı razılığın əldə olunmasını alqışlayıb

Rusiya İranla AEBA arasında əməkdaşlıqla bağlı razılığın əldə olunmasını alqışlayıb
# 16 noyabr 2013 14:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya Xarici İşlər Nazirliyi İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlıqla bağlı razılığın əldə olunmasını alqışlayıb.

APA-nın İRNA-ya istinadən məlumatına görə, Rusiya XİN bunu İranın nüvə məsələsində beynəlxalq birliklə etimad mühitinin yaradılması istiqamətində mühüm addım sayıb. Rusiya xarici siyasət idarəsi həmçinin bu razılaşmanın gələcəkdə Agentliyə İranın nüvə məsələsini həll etmək üçün icazə verməsini və bu işin normal vəziyyətə gəlməsini təmin etməsini arzulayıb.

Qeyd edək ki, AEBA-nın icraçı direktoru Yukiya Amano noyabrın 11-də Tehrana səfəri zamanı İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə 6 maddədən ibarət müqavilənin imzalanması barədə razılıq əldə ediblər. İran həmçinin «Ərak» ağır su nüvə reaktoru və «Keçin» uran mədənində AEBA müfəttişlərinin monitorinq aparmasına icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR