İran prezidenti ilk rəsmi səfərini Qırğızıstana edəcək

İran prezidenti ilk rəsmi səfərini Qırğızıstana edəcək
# 10 sentyabr 2013 11:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ilk xarici rəsmi səfərini Qırğızıstana həyata keçirəcək.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, Həsən Ruhani Qırğızıstana sentyabrın 12-də səfər edəcək.

Onun sözlərinə görə, səfərdə məqsəd sentyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısında iştirak etməkdir.

Qeyd edək ki, İran prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində Rusiya prezidenti Vladimir Putin və digər ölkələrin rəsmiləri ilə görüşləri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR