Avropa Birliyinin sədri: “Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı onun Avropa Birliyinə inteqrasiya imkanlarını azaldır”

Avropa Birliyinin sədri: “Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı onun Avropa Birliyinə inteqrasiya imkanlarını azaldır”
# 09 sentyabr 2013 12:57 (UTC +04:00)

APA-nın AB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri quruma sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkeviçyus Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə deyib.

Sentyabrın 7-də Vilnüsdə keçirilən görüşdə L. Linkeviçyus bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Ermənistan “Şərq tərəfdaşlığı” proqramında iştirak etdiyi 5 il ərzində əldə etdiklərini itirməməlidir və gələcəyə baxmalıdır. E. Nalbandyan isə Ermənistanın bu proqramda fəal iştirakını davam etdirmək istədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR