TQDK qəbul imtahanlarında yüksək nəticə əldə etmiş abituriyentlərin valideynləri ilə görüşəcək

TQDK qəbul imtahanlarında yüksək nəticə əldə etmiş abituriyentlərin valideynləri ilə görüşəcək
# 26 noyabr 2013 06:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş gənclərin təcrübəsinin öyrənilməsi, təbliği, onların ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi üçün silsilə tədbirlər həyata keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu istiqamətdə yaxın günlərdə respublikanın regionlarında prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, müəllimləri, həmçinin şagirdləri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məktəblərin rəhbərləri ilə görüşlər keçiriləcək.

Bölgələrdə tədbirlər TQDK-nın regional bölmələri vasitəsilə təşkil olunacaq. Görüş iştirakçılarına 600-dən çox bal toplayan gənclər haqqında məlumatların əks olunduğu “Abituriyent” jurnalının 11-ci sayı və müxtəlif hədiyyələr təqdim olunacaq. Tədbirlərin keçirilmə qrafiki komissiyanın internet saytında yerləşdirilib.

Qeyd edək ki, 2013-cü ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96720 abituriyent iştirak edib. Onlardan 1617 nəfəri 600 çox bal toplayıb. 102 nəfəri isə Azərbaycan prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR